Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.
Terefsiz.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
Məlumata görə, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.
Hadisə vaxtı “Mercedes-Benz”in sürücüsü avtobusun sürücüsünü döyüb, şüşəsini təpiklə sındırıb.
Hadisəni törədən naməlum sürücü axtarılır.
İstinad: Report.az
Terefsiz.az