Məşhur model bir saat ərzində 4 mağazada oğurluq edib, tutuldu

0
212

Oğurluq ittihamı ilə tutulan dünyaca məşhur “İnstagram” modeli Monika Marina Aqustino haqqında məhkəmə qərarı çıxıb.

Terefsiz.az xəbər verir ki, Avstraliya mətbuatının yaydığı məlumata görə, Sidneydə yaşayan 24 yaşlı Monika bu ilin noyabr ayında oğurluq və narkotik maddələrdən istifadə maddələri ilə tutulub.

İstintaq nəticəsində öz maşınında üzü maskalı şəxslərlə birlikdə sahil kənarında yerləşən mağazaların olduğu bölgəyə gələn Aqustinonun bir saat içində 4 mağazanı soyduğu ortaya çıxıb.

Geyimlərdən başqa, nağd pul və kredit kartları da oğurlayan Aqustino oğurladığı kredit kartları ilə alış-veriş də edib. Polisin təqibi nəticəsində ələ keçən bir uşaq anası olan Aqustinonun üzərindən narkotik maddələr də çıxıb.

Tutularaq həbsxanaya salınan gənc qadınla bağlı məhkəmə ötən günlərdə yekunlaşıb. Nəticədə modelə 24 ay həbs cəzası kəsilib. Məhkəmənin qərarına görə, modelin 18 aydan tez şərti cəzaya keçməsi mümkün olmayacaq.

Modelin məhkəmənin qərarından apellyasiya şikayəti edəcəyi gözlənilir.