Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Terefsiz.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
istinad:oxu.az