Əsgər yola salmaq istəyənlər arasında mübahisə qanlı bitdi

0
242

Ağcabədi rayonunda bıçaqlanma olub.

Terefsiz.az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Namiq Nadir oğlu həyətində oğlunun əsgər getməsi ilə bağlı yığıncaq təşkil edib.

Həmin məclisdə iştirak edən kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Əliheydər Əlimərdan oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Mirzəyev Seymur İnqilab oğlu ilə mübahisə edib.

Mübahisə zamanı S.Mirzəyev aralarında böyük yaş fərqi olduğu üçün Ə.Mirzəyevlə mübahisə etmək istəməyib.

Bundan hiddətlənən Ə.Mirzəyev evlərinə gedərək, bıçaq götürüb. Ə.Mirzəyev yığıncaqdan sonra S.Mirzəyevin evinə gələrək, ona beş bıçaq zərbəsi endirib. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Mirzəyev tutulub.

Faktla bağlı araşdırma aparılır.