“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu ilə eyni ərazidə yaşayan Elizabet Borel adlı Turin sakini futbolçunu “ideal qonşu” adlandırıb.
Terefsiz.az xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzeti qadının müsahibəsini təqdim edib.
Qonşu deyib ki, futbolçunu hər zaman cangüdənlər müşayiət etsə də, o, tez-tez küçədə oğlu ilə birlikdə skeytbord sürür.
E.Borel deyib ki, forvardın sevgilisi Corcina Rodrigesi də mühafizə edirlər. Bundan başqa, ona dayə də köməklik edir.