“Haqsız olaraq dövlətdən kompensasiya istəyirlər” – Video

0
147

“Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, baş vermiş fəlakətlərdə vətəndaşın əmlakına dəyən zərəri dövlət ödəsin”.

Terefsiz.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür.

K. Heydərov bildirib ki, ticarət mərkəzi tikilir, şərait yaradılır, amma onun sığorta məsələsinə diqqətsiz yanaşılır: “Və haqsız olaraq dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir şey öz əksini tapıb. Ona görə də bu sahədə FHN-in və bilavəsitə bu işlərlə məşğul olan dövlət qurumlarının fəaliyyəti artmalıdır. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı işlər sayəsində insan itkisi baş verməyib. Amma mülklərə zərər dəyib, yanıb. Bu sığorta mədəniyyətini mənimsətsək, gələcəkdə bu problemlər olmaz. Heç kim heç nədən sığortalanmayıb. Əhalinin özü də diqqətli olmalıdır”.