Tramp spikerə məktub yazdı: “ABŞ demokratiyasına müharibə elan etdin”

0
163

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub yazaraq, onu “ABŞ demokratiyasına açıq şəkildə müharibə elan etmək”də ittiham edib.

Terefsiz.az “Hürriyet”-ə istinadən xəbər verir ki, Tramp məktubunda Pelosiyə “çox çirkin bir kəlmə olan impiçmentin önəmini ucuzlaşdırdınız” sözlərini yazıb.

Nümayəndələr Palatasındakı səsvermənin nəticələrini dəyişdirmək üçün çox az şansı olduğunu bilən Tramp altı səhifəlik məktubunda impiçment prosesini tənqid edib və Pelosini qınayıb.

Tramp məktubunda “bu impiçment saxtakarlığının başlanğıcından bu yana konstitusional haqlarının pozulduğunu” və “sübut təqdim etmək” də daxil olmaqla konstitusiyanın ona verdiyi əsas haqlardan faydalana bilmədiyini qeyd edib.

istinad:oxu.az