Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin XI konfransı çərçivəsində “Tunis İslam mədəniyyəti paytaxtı – 2019” ilinin bağlanış tədbiri keçirilib.
Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Salim bin Məhəmməd əl-Malik, üzv dövlətlərin Mədəniyyət nazirləri və nümayəndə heyətləri bağlanış tədbirində iştirak ediblər.
Tədbir “Qurani-Kərim”in tilavəti ilə başlayıb.
Tunisli nazir Məhəmməd Zeyn əl-Abidin çıxış edərək “Tunis İslam mədəniyyəti paytaxtı- 2019” ili çərçivəsində görülən işlərdən danışıb.
Sonra ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün İslam mədəniyyəti paytaxtları elan edilib.