Azərbaycanda oynamış futbolçu dünyasını dəyişib

0
179

“Kəpəz” klubunun sabiq futbolçusu Şadon Vinçester dünyasını dəyişib.

Terefsiz.az Trinidad və Tobaqo Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu avtomobil qəzasında vəfat edib.

Qeyd edək ki, Şadon Vinçester 2017/2018 mövsümünün ikinci yarısını icarə əsasında “Kəpəz”də keçirib. Son olaraq Finlandiyanın SJK klubunda çıxış edən oyunçu 23 dəfə Trinidad və Tobaqo yığmasının formasını geyinib.

istinad:oxu.az