Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı.

0
246

 

Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı.

 

Terefsiz.az saytı xəbər verir ki, məlumata əsasən, bu müqavilə Facebook şirkətinə 78 milyon dollara başa gəldi. PlayGiga startapı 2013-cü ildə təsis edilib. O öz ilk investisiyasını Adara Ventures şirkətindən əldə edib. Hələ bu ilin may ayında PlayGiga-nın general direktoru Javier Polo qeyd etmişdi ki, startap 5G şəbəkələrində streaming oyun texnologiyalarının yaradılması üçün telekommunikasiya şirkətləri ilə əməkdaşlıq edir.

Həmin texnologiyalar isə oyunçuları smartfon sektoruna cəlb etməlidirlər. Sözügedən startap həmçinin Intel Visual Cloud platforması üzərində oyun servisini də yaradıb. Həmin servis vasitəsilə telekommunikasiya şirkətləri öz müştərilərinə streaming oyun xidmətlərini təklif edə bilirlər.

Qeyd etmək lazımdır ki, hal-hazırda Facebook-un oyun servislərindən ayda 700 milyondan çox istifadəçi istifadə edir. Bu il şirkət həmçinin oyun mərkəzini sosial şəbəkənin əsas səhifəsinə əlavə etdi.

Terefsiz.az