“Liverpul” dünya çempionu oldu.

0
197

 Klublararası dünya çempionatına yekun vurulub.
Terefsiz.az xəbər verir ki, turnirin final oyununda İngiltərənin “Liverpul” və Braziliyanın “Flamenqo” klubları üz-üzə gəlib.

Matçın əsas vaxtında qapılara qol vurulmayıb.

Əlavə vaxtda isə Mersisayd təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qalibi olub.

Qeyd edək ki, bu gün həm də üçüncü yer uğrunda görüşdə isə Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası Meksika “Monterrey”i ilə üz-üzə gəlib. Bu matçın da əsas vaxtı heç-heçə bitib – 2:2. Penalti seriyasında 4:3 hesabıyla üstün olan meksikalılar bürünc medalları qazanıblar.

Terefsiz.az