“Sovetski” sakinləri Maliyyə Nazirliyi qarşısında haqlarını tələb edirlər – VİDEOREPORTAJ

0
281

Bu gün saat 15:30 radələrində Bakının keçmiş “Sovetski” adlanan ərazisinin sakinləri Maliyyə Nazirliyi önünə toplaşıblar.

Terefsiz.az xəbər verir ki, sakinlərə Maliyyə Nazirliyinə girişə icazə verilməyib. Bir müddət sonra nazirliyin hüquq şöbəsinin müdiri sakinləri bina önündə qəbul edərək devalvasiyanın baş verdiyini, buna görə də kompensasiyanın yalnız 2018 və 2019-cu illərdə köçən sakinlərə şamil olunduğunu, əvvəlki illərdə köçürülən sakinlər barədə isə bir qərarın olmadığını bildirib. Sakinlər isə öz növbəsində köçürülmə prosesi zamanı evlərin sahəsinin düzgün hesablanmadığını nazirlik rəsmisinin bir daha diqqətinə çatdırıb.

Buradan belə bir qənaətə gəlmək olar ki, onlar öz haqlarını tələb etməkdə israrlıdırlar. 25 dekabr tarixində “Sovetski” sakinlərinin ölkənin I vitse – prezidenti Mehriban xanım Əliyeva ilə görüşü gözlənilir.

 

Sadıq Əliverdibəyli