Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu – FOTO

0
272

Ukraynanın Pripyat şəhərində Çernobıl atom elektrik stansiyasında (AES) qəzadan sonra ilk dəfə Yeni il yolkası quraşdırılıb.

Terefsiz.az xəbər verir ki, bayram ağacı şəhərin mərkəzində “Energetik” mədəniyyət sarayının qarşısında qurulub.

Şəhərin keçmiş sakinləri ağacı bayram oyuncaqları və özlərinin uşaqlıq şəkilləri ilə bəzəyiblər.

Pripyat şəhəri Çernobıl AES-dan 3 kilometr aralıda yerləşir. Qəzadan əvvəl burada 47,5 min insan yaşayıb. Radiasiya yüksək səviyyədə olduğundan əhali şəhəri tərk edib.