Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Terefsiz.az-ın məlumatına görə, bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşib.
“Liverpul” səfərdə “Portu”nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Şəhərlilər” 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib.
Qeyd edək ki, “Liverpul” yarımfinalda “Barselona”, “Tottenhem” isə Ayaks”la qarşılaşacaq.