Rusiyanın Dalnoreçensk şəhərində odlu silahla oynamaq istəyən uşaq gözlənilmədən özündən yaşca kiçik olan digər uşağı vurub.
Terefsiz.az xəbər verir ki, qarın nahiyəsindən odlu silah yarası alan dörd yaşlı uşağın cəsədi dekabrın 25-də hadisə baş verən mənzildə aşkar edilib.
Ehtimala görə, ata odlu silahı nəzarətsiz buraxıb və evdə böyüklərin olmadığını görən uşaq tüfəngi götürüb və digərinə atəş açıb.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq davam edir.