Rus dilini bilməyən azərbaycanlının istintaqı yarımçıq qaldı

0
194

Ukraynada 2015-ci ildə Tailand boksu üzrə Avropa çempionu Sergey Laşşenkonu öldürməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Babək Dəmir oğlu Həsənovun həbsdə qalmasına qərar verilib.

Terefsiz.az -ın xəbərinə görə, B.Həsənov həmin il Odessada üç nəfəri atəş açaraq güllələyib.

Onlar xəstəxanaya yerləşdirildikdən sonra B.Həsənov ora gedərək S.Luşşenkoya əlavə doqquz güllə də vurub öldürüb və hadisə yerindən qaçıb.

O, Rusiyaya gedərək orada gizlənib və 2016-cı ilin dekabrında tutulub. Ukraynanın tələbi ilə B.Həsənov onlara təhvil verilib və Odessada istintaq tərcridxanasına yerləşdirilib. B.Həsənovun rus dilini bilməməsi və onun üçün tərcüməçi tapılması üçün istintaqın aparılmasında uzun müddət fasilə yaranıb.

Ötən gün Odessanın Malinovski Rayon Məhkəməsi qərar verərək, B.Həsənovun həbs müddətini 60 gün uzadıb. 2020-ci il yanvarın 29-da bu işlə bağlı növbəti məhkəmə iclası keçiriləcək.