Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Terefsiz.az xəbər verir ki, Xocahəsən yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil 1950-ci il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.
Hadisəni törədən şəxs (ad-soyad hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Lakin ağır kəllə-beyin travması almış kişinin həyatını xilas etmək mümkün olmayıb.
Terefsiz.az