Kim Çen In xalqını təbrik etmədi

0
204

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq Yeni il münasibətilə xalqını təbrik etməyib.

Terefsiz.az xəbər verir ki, o, ənənəvi Yeni il təbriki əvəzinə, yanvarın 1-i səhər tezdən KXDR Əmək Partiyasının mərkəzi komitəsinin plenar iclasını təşkil edib.

Qeyd edək ki, Şimali Koreya lideri 2013-cü ildən bəri hər ilin bu günü xalqını təbrik edib. Bu ənənəni 1940-cı ildə babası Kim İr Sen qoyub.

Kim Çen Inın xalqını təbrik etməməsinin səbəbi isə hələ ki, məlum deyil.