Türkiyənin Mersin şəhərində ondan boşanmaq istədiyi üçün bankda işləyən həyat yoldaşını vəhşicəsinə qətlə yetirən adama ən ağır cəza tələb olunur.
Terefsiz.az xəbər verir ki, 34 yaşlı arvadı Cəmilə Ərtürkoğlunu öldürərək parçalara ayıran 36 yaşlı Mustafa Ərtürkoğlu haqqında ömürlük cəzaya məhkum edilməsiylə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, M.Ərtürkoğlu xanımının itkin düşməsiylə bağlı polisə şikayət edib. Adamın özündən şübhələnən polis cütlüyün evində qan izlərinə rastladığı üçün Mustafanı gözaltına alıb. Araşdırma zamanı qəddar kişi arvadını öldürdüyünü etiraf edib.