Gərginlik pik həddə çatır: ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırdı

0
147

Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis öldürüldükdən sonra ABŞ öz vətəndaşlarını İraqdan çıxmağa çağırıb.

Terefsiz.az -ın malumat verir ki, “Hürriyet”in yaydığı xəbərə görə, Haşd əl-Şabi bölgəsindəki şiələrin lideri Asayib Əhlilhak “İsrailin sonu ABŞ-ın bölgədən çıxarılması olacaq” deyib.

İraq şiə lideri Müqtada əs-Sədr 2008-ci ildə ləğv etdiyi “Mehdi Ordusu”nu yenidən aktivləşməyə çağırıb.

Əl-Hak lideri Qais əl-Qəzali bütün döyüşçülərinə qarşıdan gələn müharibə və “böyük qələbə” üçün ayıq olmalarını söyləyib.

O qeyd edib ki, Əl-Mühəndisin öldürülməsi ABŞ-ın İraqdakı mövcudluğuna son qoyacaq.

Bundan sonra ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırıb.

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) mətbuat katibi Ramazan Şərif İnqilab Keşikçilərinin və bölgədəki müttəfiqlərinin bu gündən etibarən yeni bir mərhələyə keçəcəyini, ABŞ və İsrailin sevincinin matəmə çevriləcəyini deyib.