İlk finalçı “Real” oldu

0
169

 İspaniya superkubokunda ilk finalçı müəyyənləşib.

Terefsiz.az saytı xəbər verir ki, yarımfinalda Madrid “Real”ı “Valensiya” ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə qapılara dörd qol vurulub. “Real” 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Digər yarımfinal görüşü isə bu gün “Barselona” ilə Madrid “Atletiko”su arasında olacaq.

“Valensiya” – “Real” – 1:3
Qol:
  Kroos, 15 (0:1), İsko, 39 (0:2),  Modriç, 66 (0:3), Parexo, 90+2-pen. (!:3)

9 yanvar

23:00. “Barselona” – “Atletiko”

Terefsiz.az