Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra faciəvi şəkildə həlak olan şəxslərin yaxınları sosial şəbəkələrdə onların fotolarını yayıblar.
Nationalpost.com onlardan bir neçəsini təqdim edir.
Pedram Musəvi və Mojqan Daneşmand Alberta Universitetinin Mühəndislik fakültəsinin professorları idi. Təyyarədə iki qızları – 14 yaşlı Daria Musəvi və doqquz yaşlı Dorina Musəvi ilə birlikdə olublar.
56 yaşlı Şükufə Çüpanejad Edmontontda işləyən ginekoloq olub. Təyyarədə qızları Alberta Universitetinin 21 yaşlı tələbəsi Səba Səadət və eyni universitetin 23 yaşında psixologiya məzunu Sara Səadət də olub.
Yeni evlənən 25 yaşlı Pune Qorci və 26 yaşlı Arash Pourzarabi öz toy şənliklərindən Edmontona qayıdırmış. Hər ikisi Alberta Universitetinin aspirantı olublar.
Nasim Rəhmanifar və Əmir Hüseyn Səidinia da Alberta Universitetinin aspirantı olublar. Lakin onların bir-biri ilə tanış olub-olmadıqları məlum olmayıb.
Vankuverdə fəaliyyət göstərən “İran-Kanada Vətəndaş Birliyi”nin prezidenti Kei İsmayılpour qəzada Vankuverdə yaşayan üç nəfərdən ibarət ailənin öldüyünü deyib.
Bunlar mühəndis işləyən Ərdəlan Ebnoddin Həmidi, yoldaşı, müəllim olmaq üçün universitet təhsilini yenicə bitirmiş Nilufar Rəzzaqi və 15 yaşındakı oğulları Hamyar Ebnoddin Həmidi olub.
34 yaşlı İman Qədərpənah və 33 yaşlı Pərinaz Qədərpənah İran-Kanada icmasında, xüsusilə İran mədəniyyəti və incəsənətini əks edən “Tirgan” xeyriyyə təşkilatının fəalları olublar.
30 yaşlı Evin Arsalani 38 yaşlı əri Xivə Molani və bir yaşlı qızı Kurdiə Molani ilə birlikdə keçən ay İrana toya gediblər, lakin yanvarın 2-də Arsalaninin ad gününü qeyd etmək üçün İranda qalıblar.
Zeynəb Əsədi Lari və Məhəmməd Əsədi Lari bacı-qardaş olublar.
Savaş Qafuri-Azər və Sara Məmani bu yaxında evləniblər. Onlar İrana öz toyları ilə bağlı mərasim keçirmək üçün gediblər.
istinad:oxu.az