Bakıda evdə 48 yaşlı qadın meyiti tapılıb

0
159

Bakıda evdə 48 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Terefsiz.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri Nizami rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.