Dünyanın ən yüksək nöqtəsi meşəyə çevrilir

0
137

İngiltərənin Ekseter Universitetinin alimləri Himalay dağlarında, xüsusən də Comolunqma zirvəsində bitki örtüyünün artmağa başladığını müəyyən ediblər.

Terefsiz.az Phys.org-un verdiyi xəbərə istinadən bildirir ki, xüsusilə daima qar örtüyü olmayan ərazilərdə bitki örtüyü artır.

Tədqiqatçılar 1993-2018-ci illəri əhatə edən olan peyk məlumatlarını təhlil edərək qısa müddətdə böyüyən bitki (otlar və kollar) örtüyünün paylanmasını araşdırıb. Dəniz səviyyəsindən dörd fərqli yüksəklikdə (4150 metrdən 6000 metrədək) bitkilərin əhəmiyyətli dərəcədə paylanmasının baş verdiyi məlum olub. Ən ciddi dəyişikliklər 5000-5500 metr yüksəklikdə müşahidə olunub.

Himalay bölgəsində qlobal istiləşmə səbəbilə bitkilərin böyüməsi üçün çox aşağı temperatur olan ərazilərin azalması nəzəri modellərə uyğundur.

Digər tədqiqatlar göstərir ki, buz itkisi 2000 ilə 2016-cı il arasında olan müddətdən iki dəfə artıb. Eyni zamanda, subnival sistemlər (daim qarla örtülməyən) daha böyük əraziləri əhatə edir və bitki örtüyünün dəyişməsinin suyun balansına necə təsir edəcəyi məlum deyil.

Qeyd edək ki, Himalay dağlarının subnival zonaları Asiyanın 10 ən böyük çayını su ilə təmin edir.

istinad:oxu.az