Məşhur “uçan qala”ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.

0
179

Terefsiz.az saytı xəbər verir ki, məşhur B-52 bombardımançıları nüvə bombalarından “məhrum” edildi.
ABŞ-ın “B-52 Stratofortress” strateji bombardımançıları nüvə bombalarından daha istifadə etməyəcəklər.

Məşhur “uçan qala”ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.

Termonüvəli bombalar isə “stels” texnologiyalarından istifadə edən “В-2A Spirit” təyyarələrinin sərəncamına verilir.

Belə bir addım “B-52”-lərin düşmənin hava hücumundan müdafiə zonasını keçə bilmədikləri ucbatından atılıb. Son zamanlar zərbə endirmək üçün nəhəng bombardımançılar hədəfə aşağı hündürlüklərdə yaxınlaşaraq raketlərlə hücum etmək məcburiyyətində qalıb.

Pentaqon “B-52 Stratofortress” təyyarələrindən 2050-ci ilədək istifadə etmək niyyətindədir.

Terefsiz.az