Qızlarını cinsi istismar edən atanın ifadəsi hər kəsi heyrətə saldı

0
167

İstanbulda yeddi, səkkiz və doqquz yaşlarındakı üç qızını cinsi istismar etməkdə ittiham olunan atanın məhkəmədə verdiyi ifadə hər kəsi heyərətə salıb.

Terefsiz.az “HaberGlobal”ın  məlumatına əsasən bildirir ki, cinsi istismar iddialarını təkzib edən kişi yoldaşını lezbiyan münasibətlərdə ittiham edib.

Məlumata görə, Ü.T. adlı şəxs 12 ildir C.S. adlı qadınla yaşayıb. Cütlüyün üç qızı olub. Ailə ilə birlikdə evdə, həmçinin, uşaqların dayəsi də yaşayıb. Məhz dayə qadına Ü.T-nin uşaqlarla oynayarkən əxlaqsız hərəkətlər etdiyini söyləyib.

Bundan sonra qadın uşaqların otağına gedib, Ü.T-ni uşaqların yatağında görüb. Hadisədən sonra qadın uşaqlarla birlikdə evi tərk edib. Həmin vaxt qorxudan danışmayan uşaqlar evdən ayrıldıqdan sonra baş verənləri analarına deyiblər.

Faktla bağlı keçirilən məhkəmə prosesində Ü.T-nin söylədiyi fikirlər hər kəsi heyrətə gətirib:

“C.S. son bir ildir Songül adlı qadınla yaxınlaşıb. Onunla lezbiyan münasibəti olduğunu düşünürəm. Maddi vəziyyətimin pisləşməsi səbəbindən məndən yaxasını qurtarmağa çalışır”.

istinad:oxu.az