Ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayımlanıb.
Təhsil Nazirliyindən Terefsiz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur.
“Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur”, – deyə Nazirlikdən bildirilib.
İlhamə Əbülfət
istinad:oxu.az