Kosmosda bişirilən ilk yemək – FOTO

0
134

ABŞ-dan olan astronavt Kristina Koç kosmik stansiyada qurabiyə bişirib.

Kosmos şirniyyatı “kosmosda bişirilən ilk yemək“” kimi tarixə düşüb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

O, şirniyyatı 2019-cu ilin noyabr ayında Beynəlxalq Kosmik Stansiyaya göndərilən “Zero G” sobası ilə qurabiyə xəmirindən istifadə etməklə bişirib.

Bundan əlavə, Yer cazibəsi olmayan məkanda yemək bişirmək üçün hazırlanan “Zero G” sobası uğurla test edilib.

Astronavtlar ümumilikdə beş qurabiyə bişiriblər.

Astronavt Koç bişirdiyi şirniyyatın fotosunu sosial şəbəkədə paylaşıb.

istinad:oxu.az