Qızının ev tapşırığı atanın həyatını xilas edib.
Terefsiz.az bu barədə “Daily Mail”-ə istinadən xəbər yayıb.
Bildirilir ki, hadisə İngiltərənin İpsuiç şəhərində Suffolk qraflığında baş verib.
Beş uşaq atası olan 43 yaşlı Conatan Cenkin qızı Elis ilə ev tapşırığını yerinə yetirirmiş.
“Həmin gün biz limfa sistemini keçirdik. Mən ona dərslərində yardım edirdim”, – deyə ata xatırlayır.
Cenkinin sözlərinə görə, o, limfa düyünlərini öz bədənində göstərmək qərarına gəlib və görüb ki, onlardan biri bərk iltihablanıb.
Ata müayinədən keçib və onda ağız boşluğu xərçəngi müəyyən olunub.
“Biologiyadan ev tapşırığı həyatımı xilas etdi. Şişi vaxtında gördüyüm üçün çox şadam”, – deyə britaniyalı etiraf edir.
Artıq o, uğurlu şəkildə radio və kimyəvi terapiyadan keçib və sağalıb.
“Bütün bu olanlardan sonra mən bir tövsiyə verə bilərəm: Uşaqlarınıza hər zaman ev tapşırığında yardım edin”, – deyə Ceniks sözlərini yekunlaşdırıb.