Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Terefsiz.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (Samir Nuriyev) Komissiyasının sədri təyin olunub.
Komissiyanın üzvləri isə aşağıdakı redaksiyada verilib:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikasının Daxili İşlər naziri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri isə Komissiyanın katibi olub.
Azərbaycan Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamının 2-ci hissəsindən “və hərbi məsələlər” sözləri çıxarılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
istinad:oxu.az