Sosial mediyada yazışdığı qız əkiz bacısı çıxdı

0
212

İndoneziyada özünə bənzəyən birinə mesaj yollayan qız onun əkizi olduğunu öyrənib.

Terefsiz.az “HaberGlobal”ın məlumatına istinadən bildirir ki, Cənubi Sulavesinin Qoşa qəsəbəsində yaşayan 16 yaşlı Nabila Az-Zəhraya “Instagram”dan mesaj gəlib.

Nadya Elvira adlı həmyaşıdı ona “səncə, bir-birimizə çox oxşamırıq?” mesajı yazıb.

Görüntülü olaraq danışan qızlar bir-birini görəndə şoka düşüblər.

Onlar söhbət zamanı keçmişlərinin 90 faizinin bir-birinə bənzədiyini anlayıblar.

Bu hadisəni ailəsinə danışan Nabila Az-Zəhra valideynlərinin onu övladlığa götürdüklərini öyrənib.

Məlum olub ki, Zəhranın əsl valideynləri maddi vəziyyətləri çətin olduğu üçün qızlarını 16 il əvvəl övladlığa veriblər.

istinad:oxu.az