İspaniyada keçmiş bank rəhbəri, milyarder Hayme Botin 18 aylıq həbs cəzasına məhkum edilib.
Terefsiz.az “Hürriyet”-ə istinadən xəbər verir ki, milyarder Pablo Pikassonun “Gənc qadın başı” əsərini qaçaqmalçılıq yolu ilə xaricə çıxarmaq cəhdi ilə ittiham olunur.
Bundan əlavə, H.Botinə 52,4 milyon avro həcmində cərimə də kəsilib.
P.Pikasso tərəfindən 1906-cı ildə çəkilən bu əsəri H.Botin 1977-ci ildə almışdı.
Milyarder 2013-cü ildə əsəri Christie’s hərracında satmağa cəhd etmişdi, lakin İspaniya hökuməti bunun qarşısını almışdı.
istinad:oxu.az