Şahzadə Harri krallıq vəzifələrindən imtina etməyin onu kədərləndirdiyini açıqlayıb.
Terefsiz.az bu barədə “Sky News” nəşrinə istinadən xəbər yayıb.
Şahzadə qərarın çətin olduğunu, lakin başqa şanslarının olmadığını qeyd edib.
“Mən bilirəm ki, heç də həmişə düzgün hərəkət etməmişəm, lakin başqa seçimim yox idi. Mən izah etmək istəyirəm ki, biz getmirik, biz sizi tərk etmirik.
Biz kraliçaya xidmət etmək, həmçinin, assosiasiyalarımla bağlı öhdəlikləri yerinə yetirmək istəyirdik. Lakin bu dövlət maliyyələşməsi olmadan baş verməli idi. Təəssüf ki, bu, mümkün olmadı”, – Şahzadə Harri bildirib.
istinad:oxu.az