Zülfiyyə Xanbabayevadan əri ilə bağlı paylaşım: “Məni bir qadın kimi…” – FOTO

0
187

Şəxsi həyatını hər zaman mediadan uzaq tutan Xalq artisti Zülfiyyə Xanbabayeva sosial media hesabında həyat yoldaşı Zaur Məmmədovla birgə fotosunu paylaşıb.

Terefsiz.az xəbər verir ki, həyat yoldaşı Zauru ad günü münasibətilə təbrik edən sənətçi ona xoş sözlər ünvanlayıb.

“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı! Ad günün mübarək!”, – deyə Z.Xanbabayeva yazıb.

Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov “Simurq” futbol klubunun keçmiş prezidenti olub.

Rəşad Əliyev

istinad:oxu.az