28 yanvar 2020-ci il tarixində saat 19.00-da Azərbaycan Dövlət Mahnı Teatrının zalında dOM müstəqil teatrının “Proses” tamaşası göstəriləcək. Giriş sərbəstdir.
Terefsiz.az xəbər verir ki, Azərbaycanda ilk interaktiv teatr olan dOM bu dəfə də öz ənənəsinə sadiq qalaraq, hər bir seyrçinin tam aktiv formada iştirakını nəzərə alan tamaşa nümayiş etmək niyyətindədir. Burda tamaşaçılar öz iştirak etməkləri ilə bütün gedişatı və sonluğu dəyişə biləcəklər.