Bakıda dəm qazından kütləvi zəhərlənmə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

0
145

Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi şəkildə qazdan zəhərlənməsi barədə məlumat yayılıb.

Daha sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilib.

Terefsiz.az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs və “Azəriqaz” İstehsalat Birliyinin birgə məlumatında bildirilir.

“Bildirmək istərdik ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə hadisəsi baş verməyib. Videomaterialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur.

Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in “103” qaynar xətti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”, – deyə TƏBİB-in və “Azəriqaz”ın birgə məlumatında bildirilir.