Apple TV+ abunəçi sayına görə Hulu və Disney+ servislərini geridə qoydu.

0
170

 TEREFSİZ.AZ saytı xəbər verir ki, Ampere Analysis adlı tədqiqat şirkəti Apple TV+ servisinin güman olunan abunəçi sayını hesablayıb. Analitiklərin məlumatlarına əsasən 2019-cu ilin dördüncü rübündə Apple şirkətinin streaming servisi təkcə ABŞ-da 33.6 milyon istifadəçini özünə cəlb edib.

Bu barədə Variety saytı məlumat yayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Hulu servisi 31.8 milyon istifadəçi, Disney+ servisi isə 23.2 milyon istifadəçi cəlb edib.

Apple şirkətinin streaming servisinin uğurlu olmasına baxmayaraq, Ampere Analysis şirkətinin fikrincə servisin aylıq ödəniş edən istifadəçi kütləsi azdır.

    Şirkətin məlumatına əsasən, servisin ABŞ-da sahib olduğu 33.6 milyon istifadəçinin çox hissəsi Apple şirkətinin xüsusi aksiyası çərçivəsində 1 illik pulsuz Apple TV+ abunəliyi əldə edib. Həmin pulsuz abunəlik müddəti bitdikdən sonra isə istifadəçilərin heç də hamısı ödənişli abunəlik sisteminə keçməyəcək.

Belə ki, servisin kontent bazası hələ çox kiçikdir. Apple özü isə Ampere Analysis şirkətinin hesabatına heç bir fikir bildirməyib.

Terefsiz.az