Türkiyənin İzmir şəhərində psixoloji problemlərinə görə bir müddətdir müalicə alan şəxs anasını öldürdükdən sonra intihar edib.
Bu barədə Terefsiz.az “HaberGlobal”-a istinadən informasiya yayıb.
Məlumata görə, anası 50 yaşlı Aynur E. ilə xalasının evinə qonaq gedən 19 yaşlı Metexan E. bir müddət sonra anası ilə birlikdə evə qayıdıb.
Narkotik vasitə aludəçisi olduğu iddia edilən şəxs evə qayıtdıqdan sonra anasını tüfənglə vurub, daha sonra isə intihar edib.
istinad:oxu.az