Xəstəliyini müalicə edəcəkləri adı ilə yarım milyon aldılar

0
127

Rusiyanın Moskva şəhərində qadın fırıldaqçılığa məruz qalması ilə bağlı polisə şikayət edib.

Terefsiz.az REN TV-nin yaydığı xəbərə istinadən bildirir ki, 78 yaşlı təqaüdçü bildirib ki, Onkoloji Mərkəzin əməkdaşı olduğunu deyərək özünü təqdim edən qadın analiz məlumatlarına əsasən onda təhlükəli bədxassəli şiş olduğunu deyib.

Həmin tibb işçisi, eyni zamanda, qeyd edib ki, xəstəliyi müalicə etmək mümkündür. Bu məqsədlə təqaüdçü qadına yarım milyon rubl (13,650 AZN) məbləğində dərman pereparatları satıb.

Sonradan aldadıldığını anlayan qadın bu barədə polisə bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki kişi və bir qadın saxlanılıb.

Məlum olub ki, onlar gün ərzində 20-50 nəfəri eyni qaydada zəng edib aldadıblar.

Faktla bağlı cinayət işi açılıb.

istinad:oxu.az