Mariya Şarapova şahzadə Harrinin dostuna ərə gedir – FOTO

0
167

Çiyin zədəsi səbəbindən dünya şöhrətli tennisçi Mariya Şarapova Sankt-Peterburqda fevral ayında keçiriləəcək Peterburq Qadınlar Kuboku turnirində iştirakdan imtina edib. Lakin bu, rusiyalı tennisçi haqqında sosial şəbəkədə geniş şəkildə müzakirə olunan yeganə xəbər deyil…

TEREFSİZ.AZ xəbər verir ki, iki il əvvəl tennisçi İngiltərənin ən həsəd aparılan kürəkənlərindən biri – “Paddle8” auksion evinin qurucusu və Şahzadə Harrinin ən yaxın dostlarından biri Aleksandr Gilks ilə görüşməyə başlayıb.

Bu gün onların nişanlandığı barədə şayiələr sosial mediaya yayılıb. Bu, Mariyanın şəxsi “Instagram” hesabında adsız barmağında brilliant üzük görüntüsünü paylaşandan sonra baş verib.

Romantik görüşlər zamanı cütlük sosial şəbəkələrdə heç bir paylaşım etməsələr də, onlar tez-tez mətbuatın obyektivinə tuş gəliblər. Amalfi sahillərində istirahətin dadını çıxaran sevgililərin görüntülərini fotoqraflar lentə köçürməyə müvəffəq olublar.

Aleksandrın Mariyanı incə şəkildə öpdüyü şəkilləri sosial şəbəkələrə yayıldıqdan sonra qızğın şəkildə müzakirə edilib.