Qadının partladacağı ilə bağlı hədələrindən sonra Moskvanın Domodedovo aeroportundə təcili eniş edən təyyarədən görüntülər paylaşılıb.
TEREFSİZ.AZ xəbər verir ki, bu kadrları “Mash” “Telegram” kanalı yayımlayıb.
Videoda hava gəmisindəki vəziyyət əks olunub.
Xatırladaq ki, Rusiyanın Simferopol şəhərindən Moskvaya uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Belə ki, göyərtədə olan sərnişinlərdən biri çantasında bomba olduğunu, özünü və təyyarədəkiləri partladacağını bildirib.
Qadın artıq hüquq mühafizəçiləri tərəfindən saxlanılıb. Onun üzərində heç bir partlayıcı qurğu aşkar olunmayıb. Ehtimal ki, qadın içkili olub.
Qeyd edək ki, təyyarədə 195 nəfər olub.