Hamı bu futbolçunu “yeni Ronaldu” adlandırır, onun arzusu isə Messi ilə oynamaqdır

0
147

“Braqa” klubunun portuqaliyalı hücumçusu, ölkəsində “yeni Ronaldu” kimi tanınan Fransişku Trinkan İspaniyanın “Barselona” klubuna keçmək ərəfəsindədir.

TEREFSİZ.AZ -ın məlumatına görə, “Diario de Noticas” nəşri məlumat verir ki, 20 yaşlı istedad Lionel Messi ilə eyni klubda oynamaq naminə digər təkliflərdən imtina edib.

Qeyd olunur ki, “Barselona” onun transferinə 30 milyon avro xərcləmək niyyətindədir.

Əgər keçid baş tutarsa, bu, “Braqa”nın tarixində digər kluba satdığı ən bahalı oyunçu olacaq.

Qeyd edək ki, “yeni Ronaldu” təxəllüsünü qazanan gənc futbolçu Portuqaliyanın U-19 komandasının heyətində dünya çempionluğunu qazanıb.