Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə xəbərdarlıq edib.
TEREFSİZ.AZ -ın xəbərinə görə, MSK sədri bildirib ki, deputatlığa namizədlərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir.
“Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir”, – deyə M.Pənahov əlavə edib.
O deyib ki, seçkiqabağı təşviqat zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır:
“Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”.