Nəsimi rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi qeydə alınıb.
Terefsi.az xəbər verir ki, insident Cavadxan küçəsində qeydə alınıb.
Kişi mübahisə zamanı bacısı, 1995-ci il təvəllüdlü Arzu İbrahimovaya bıçaqla xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
istinad:oxu.az