Türkiyədə beş telekanal bu səbəbdən cərimə edildi

0
122

Türkiyə Radio və Televiziya şirkətinin rəhbərliyi beş kanala cəza tətbiq edib.

“Demirören Haber Ajansı”nın (DHA) xəbərinə görə, kanalların cəzası zəlzələ xəbərləri ilə əlaqədardır.

Bildirilir ki, kanallar zəlzələ ilə bağlı xəbərlər yayımlayan zaman insanları məlumatlandırmaq əvəzinə onlarda qorxu, panika, narahatlıq və pessimizm yaradıblar.

Kanallar müəyyən olunan məbləğdə cərimə ödəyəcəklər.

Yayılan rəsmi məlumatda telekanalların adları açıqlanmır.

istinad:oxu.az