Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirib.

0
177

Avropa İttifaqı Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb.

TEREFSİZ.AZ saytı Tass-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı açıqlamasında bildirilir.

 

“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, – məlumatda qeyd olunub.

Terefsiz.az