Kasilyas təsdiqlədi – Prezident olmaq istəyir

0
147

 “Portu”nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağını təsdiqləyib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə ispan qolkiper sosial şəbəkələrdəki hesabında yazıb. 38 yaşlı qapıçı bu qərarının “Portu” rəhbərliyinə  bildirdiyini də vurğulayıb.

Beləliklə, İ.Kasilyas seçkilərdə hazırkı prezident Luis Rubialesə rəqib olacaq.

Qeyd edək ki, seçkilər bu ilin payızında keçiriləcək.

Terefsiz.az