“Atletiko”da ciddi itki

0
149

 “Atletiko”nun futbolçusu Joau Feliks Çempionlar Liqasının 1/8 finalında “Liverpul”la ilk oyunu buraxacaq.

TEREFSİZ.AZ saytı  “Mundo Deportivo”ya istinadən xəbər verir ki, zədədən bərpa olunmağa yaxın olan portuqaliyalı hücumçunun boğazında iltihab yaranıb. Bu səbəbdən o, komandasının son məşqini buraxıb.  Feliksin İngiltərə təmsilçisi ilə oyunda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, “Atletiko” – “Liverpul” görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Terefsiz.az