ABŞ-da koronavirusa qarşı vaksinin nə vaxt hazır olacağını açıqladılar

0
142

ABŞ-da koronavirusa qarşı vaksin 1,5 aydan sonra insanlar üzərində sınaqdan keçirilə bilər, kütləvi istifadə üçün isə bir il və daha çox müddət lazım olacaq.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın Milli Sağlamlıq İnstitutunun direktoru Entoni Fauçi bildirib.

“Sınaqların ilk fazası üç ay çəkəcək. Bu mərhələdə vaksini 45 nəfərin üzərində yoxlayacaqlar. Növbəti mərhələdə isə sınaq yüzlərlə, bəlkə də minlərlə insanın üzərində aparılacaq. Əgər raket sürəti ilə belə işləsək, vaksinin hazırlanması üçün 6-8 ay tələb olunur. Ona görə də, əgər söhbət onun tam hazır olmasından gedirsə, bu ən tez bir ildən sonra baş tutacaq”, – deyə Fauçi qeyd edib.

istinad:oxu.az