Alimlər nəfəs almayan canlı kəşf etdi

0
149

Elm adamları nəfəs almadığı genetik cəhətdən sübuta yetirilən parazit kəşf ediblər.

Bu barədə “LiveScience” məlumat yayıb.

Təl-Əviv Üniversitetinin bioloqu Doroti Huçonun rəhbərlik etdiyi alimlər “H.salminicola” adlı balıq parazitinin mitoxondrial DNT-yə sahib olmadığını bildirərək, nəfəs almadığını qeyd ediblər.

Nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan “H.salminicola” üzərində aparılan mikroskopik və genetik araşdırmalara əsasən məlum olub ki, parazitin təbiətdə rast gəlinən bütün canlıların əksinə mitoxondiyasında toplanan DNT-nin kiçik, ancaq əhəmiyyətli bir hissəsi əskik olub.

istinad:oxu.az